İnsanlara hürriyət, millətlərə istiqlal!

Sarkozinin HƏYATI TƏHLÜKƏDƏ - Xüsusi mühafizə təyin edildi

Fransanın həbsdə olan keçmiş prezidenti Nikola Sarkozinin həyatı təhlükə altında ola bilər.

Musavat.com xəbər verir ki, bu barədə Fransanın daxili işlər naziri Loren Nünez “Europe 1” radiostansiyasına açıqlamasında bildirib.

Onun sözlərinə görə, bu səbəbdən hakimiyyət onun təhlükəsizliyini təmin etmək məqsədilə iki xüsusi polis əməkdaşı ilə mühafizəsini gücləndirib.

“Aydındır ki, o, digər vətəndaşlar kimi bərabər hüquqlara malikdir. Lakin keçmiş prezident kimi Sarkozinin həbsxanada üzləşə biləcəyi təhlükələr daha ciddi xarakter daşıyır”, - nazir qeyd edib.

Sarkozinin təhlükəsizliyinə dair bu qərar Fransa ictimaiyyətində geniş müzakirələrə səbəb olub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Oktyabr 2025

23 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR