İnsanlara hürriyət, millətlərə istiqlal!

BURADA təmizlik işçilərini robotlar əvəz edir

Çində çoxmərtəbəli yaşayış binalarında təmizlik işlərini artıq robotlar yerinə yetirməyə başlayıblar.

Musavat.com xəbər verir ki, ölkənin aparıcı daşınmaz əmlak şirkətlərindən biri – Country Garden Services Holdings əmək xərclərini azaltmaq məqsədilə robot yuyucuların istehsalına start verib.

Hazırda şirkət tərəfindən istehsal edilən 130-a yaxın robot artıq Pekin, Şanxay və digər iri şəhərlərdə fəaliyyət göstərir. Rəhbərliyin açıqlamasına görə, binaların təmizliyi ümumi xərclərin təxminən 70 faizini təşkil edir və bu sahədə avtomatlaşdırma əhəmiyyətli qənaət imkanı yaradır.

Yeni robotlar döşəmələri yumaq, liftləri idarə etmək, maneələrdən yayınmaq və iş bitdikdən sonra avtomatik enerji doldurma stansiyasına qayıtmaq kimi funksiyalara malikdir. Şirkət hesab edir ki, hər bir robot orta hesabla 2,7 min dollar qənaət təmin edəcək.

Planlara əsasən, bir il ərzində robot istehsalının 10 min ədədə çatdırılması nəzərdə tutulur. Layihə uğurla davam edərsə, bu qurğuların açıq satışa çıxarılması da planlaşdırılır.

Qeyd edək ki, Çində süni intellekt və robot texnologiyaları sürətlə inkişaf edir. Yaxın günlərdə “Xueba 01” adlı robotun Şanxay Teatr İnstitutunun doktoranturasına qəbul edilməsi bu istiqamətdə yeni mərhələ kimi qiymətləndirilmişdi. Həmin aparat insan üzündəki 100-dən çox mimikanı təqlid edə bilir. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR