İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynada DƏHŞƏT: Qatarda qumbara PARTLATDI - Ölənlər və yaralananlar var

Ukraynada dəhşətli hadisə baş verib. Bu gün, oktyabrın 24-də Jitomir vilayətinin Ovruç dəmir yolu stansiyasında bir kişi qatarda qumbara partladıb.

Musavat.com xəbər verir ki, məlumatı regionun polis idarəsi yayıb.

Bildirilib ki, hadisə səhər saat 10:50 radələrində Dövlət Sərhəd Xidmətinin əməkdaşları sərnişinlərin sənədlərini yoxlayarkən baş verib.

Platformada dayanan kişi üzərindəki partlayıcı qurğunu çıxarıb və həmin an partlayış baş verib. Nəticədə dörd nəfər, hadisəni törədən 23 yaşlı Xarkov sakini, eləcə də 29, 58 və 82 yaşlı üç qadın dünyasını dəyişib. Onların hamısı Korosten rayonunun sakinləri olub. Ölənlər arasında bir sərhədçi də var.

Partlayış zamanı daha 12 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə istintaq və operativ qruplar cəlb olunub, partlayışın səbəbləri araşdırılır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Oktyabr 2025

24 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR