İnsanlara hürriyət, millətlərə istiqlal!

Yaponiya Rusiyayla sülh müqaviləsi imzalamağa hazır olduğunu bəyan etdi

Yaponiya hökuməti Kuril adalarının cənub hissəsi üzərində hüquqlarla bağlı Rusiyayla sülh müqaviləsi imzalamağa hazır olduğunu açıqlayıb.

Musavat.com xəbər verir ki, bu barədə ölkənin baş naziri Sanae Takaiti bəyanat verib. O bildirib ki, Tokio uzun illərdir davam edən ərazi mübahisəsinə baxmayaraq, danışıqlara başlamağa və sülh sazişinin imzalanmasına qərarlıdır.

Xatırladaq ki, İkinci Dünya müharibəsindən sonra bütün Kuril arxipelaqı SSRİ-nin tərkibinə daxil edilib. Yaponiya isə bir neçə adanın mənsubiyyətini hələ də mübahisələndirir. Rusiya Xarici İşlər Nazirliyi isə dəfələrlə bəyan edib ki, bu ərazilər üzərində Moskvanın suverenliyi müzakirə mövzusu deyil.

Takaiti həmçinin Ukraynadakı müharibəyə toxunaraq onu “status-kvonu dəyişdirmək cəhdi” adlandırıb və vurğulayıb ki, ABŞ-la müttəfiqlik Yaponiyanın xarici siyasətinin əsas dayağı olaraq qalır.

Qeyd edək ki, Sanae Takaiti Yaponiyanın tarixində ilk qadın baş nazirdir. O, sağ yönümlü siyasi baxışları ilə tanınır və mərhum baş nazir Sindzo Abenin yaxın çevrəsinə daxil idi. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Oktyabr 2025

24 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR