Onlayn ictimai-siyasi qəzet
Fransa 2026-cı ildən Ukraynaya qoşun göndərməyə hazır olduğunu açıqladı
Fransa Silahlı Qüvvələrinin Quru Qoşunları Qərargah rəisi general Pyer Şil bəyan edib ki, Paris təhlükəsizlik zəmanətləri çərçivəsində Ukraynaya hərbi kontingent göndərməyə hazırdır.
Musavat.com xəbər verir ki, bu barədə general BFMTV-yə müsahibəsində danışıb. Onun sözlərinə görə, Fransa ordusu 2026-cı ildən etibarən mümkün əməliyyatlara tam hazır olacaq.
“2026-cı il koalisiyaların ili olacaq. Həmin vaxt planlaşdırılan ‘Orion-26’ təlimləri bu əməkdaşlığın real sınağına çevriləcək”, – deyə Pyer Şil bildirib.
General qeyd edib ki, Fransa Ukraynanın müdafiəsini gücləndirmək istiqamətində müttəfiqlərlə sıx əməkdaşlığı davam etdirəcək və “lazım gələrsə, konkret hərbi dəstək verməkdən çəkinməyəcək”.
Musavat.com
25 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ