Onlayn ictimai-siyasi qəzet
Fransa Ukraynaya əlavə Aster zenit raketləri və Mirage qırıcı təyyarələri çatdırmaq niyyətindədir.
Musavat.com xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron Kiyevə kömək etmək üçün toplaşan "könüllülər koalisiyası"nın iclasında açıqlayıb.
Fransa prezidenti bildirib ki, ölkəsi "yaxın günlərdə əlavə Aster raketləri tədarük edəcək, Ukrayna hərbçiləri üçünm yeni təlim proqramları həyata keçirəcək və əlavə Mirage təyyarələri göndərəcək".
O, əlavə edib ki, Fransa koalisiya üzvləri ilə birlikdə "əlavə təşəbbüslər elan edəcək".
Bundan əlavə, Makron bildirib ki, "könüllülər koalisiyası" Ukraynaya enerji infrastrukturunun gücləndirilməsində kömək etməyə davam etməlidir.
Musavat.com
25 Oktyabr 2025
24 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ