İnsanlara hürriyət, millətlərə istiqlal!

“Vaqner”lə əməkdaşlıq edən britaniyalılar Ukraynaya göndərilən avadanlıq anbarını yandırdılar – Məhkəmə hökm çıxardı

Musavat.com xəbər verir ki, London Kral Prokurorluğu şərqi Londonda yerləşən və Ukraynaya göndərilməsi planlaşdırılan hərbi və texniki təchizatın saxlandığı anbarın yandırılması işində ittiham olunan altı nəfər barəsində hökm çıxarıb.

Məlum olub ki, onlar Böyük Britaniyada terror təşkilatı kimi tanınan “Vaqner” özəl hərbi şirkətinin tapşırığını yerinə yetiriblər.

Hadisə 2024-cü il 20 martda Leyton rayonunda baş verib. Anbara yandırıcı maddələr atılıb və nəticədə güclü yanğın başlayıb. Alovu söndürmək üçün 60 yanğınsöndürən və xüsusi texnika cəlb olunub. Zərərin məbləği təxminən 1,5 milyon avro təşkil edib.

Necə cəlb olunublar?

İstintaq müəyyən edib ki, 21 yaşlı Dilan Erl 2023-cü ildə Telegram vasitəsilə “Vaqner”lə əlaqə yaradıb. Daha sonra o, əvvəllər tanımadığı 23 yaşlı Ceyk Rivzi cəlb edib. Rivz öz növbəsində 23 yaşlı Nii Mensah, 23 yaşlı Cakim Rouz və 21 yaşlı Uqnius Asmenanı qrupa qoşub.

Mensah yanğın zamanı baş verənləri FaceTime vasitəsilə Erlə canlı göstərib.

"Vaqner" pulu verməyib

İstintaq materiallarına görə, “Vaqner” yanğının gözlənilən nəticəni vermədiyini əsas gətirərək britaniyalılara vəd edilən 10,3 min avroluq ödənişi etməyib.

Bundan sonra qrup pul əldə etmək üçün daha təhlükəli planlara keçib.

Növbəti hədəf – biznesmen Çiçvarkini oğurlamaq

Qrup “Signal” messenceri vasitəsilə Londonda yaşayan tanınmış iş adamı və Kremlin tənqidçisi Yevgeni Çiçvarkinin oğurlanması, həmçinin onun Londondakı şərab mağazası və restoranının yandırılması planını müzakirə edib.

Lakin London polisi əməliyyatı vaxtında zərərsizləşdirib və qrup üzvlərini adam oğurluğu cəhdi həyata keçirilməmişdən əvvəl həbs edib.

Məhkəmənin hökmü

Şəxslər 7 ildən 17 ilədək həbs cəzasına məhkum ediliblər. Onlar terror təşkilatı ilə əməkdaşlıq və qəsdən geniş miqyaslı ziyan vurmaqda təqsirli biliniblər.

 

Musavat.com

1c4f56ba-5710-4727-a681-b91d23524e7c.jpeg (153 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Oktyabr 2025

24 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR