İnsanlara hürriyət, millətlərə istiqlal!

Məşhurların hesabları ələ keçirildi: saxtakarlar ulduzların adından pul qoparır

Rusiyada tanınmış blogerlərin sosial şəbəkə hesabları kütləvi şəkildə sındırılıb. 

Musavat.com xəbər verir ki, “Instagram” platformasında Olqa Buzova, Ksenia Borodina, İda Qaliç, Oksana Samoylova və Dmitri Maslennikov kimi məşhurların səhifələrində saxta “hədiyyə uduşları” və “pulsuz mükafatlar”la bağlı paylaşımlar yayılıb. İstifadəçiləri profildəki keçidə daxil olmağa çağıran bu “storilər”in linkləri əslində dələduz saytlara — qumar və slot platformalarına yönləndirilib.

Olqa Buzova ilk olaraq hesabının sındırıldığını təsdiqləyib və izləyicilərini şübhəli keçidlərə daxil olmamağa çağırıb. Daha sonra digər məşhurlar da oxşar açıqlamalar yayıblar.

Bununla belə, sosial şəbəkələrdə bəzi istifadəçilər “həqiqətən də sındırılma olubmu?” sualını qaldırıblar. Bəzi nəzəriyyələrə görə, blogerlər özləri reklam və ya maddi qazanc məqsədilə bu kampaniyalara razılıq veriblər. İstifadəçilər vurğulayıblar ki, onların hamısında iki mərhələli identifikasiya aktiv olub və heç bir şəxsi məlumat sızmayıb.

“Rəqəmsal təhlükəsizlik liqası”nın rəhbəri Yekaterina Mizulina məsələni şərh edərək blogerlərin izləyiciləri aldatmadığına əmin olmaq üçün yoxlamalar aparılacağını bildirib.

Məşhurların reaksiyası:

Filipp Kirkorov bildirib ki, əsas təhlükə indi süni intellektin saxtalaşdırma imkanlarındadır: “Sənin səsini, üzünü, obrazını dəyişə bilirlər — bu, qorxuludur”. 

Reper ST qeyd edib ki, hadisə ona “rəqəmsal təhlükəsizliyə daha ciddi yanaşmaq” dərsi olub.

Olqa Buzova isə emosional paylaşımında yazıb: “Mənm hesabımı bir neçə dəfə sındırıblar — bu, sadəcə ağrı deyil, iyrənc hissdir. Sanki ruhuna girib tapdalayırlar”. 

Ekspert Aleksandr Dvoryanski “İzvestiya”ya açıqlamasında istifadəçilərə saxta linkləri tanımaq üçün sadə qaydalar tövsiyə edib:

“Hədiyyə qazandınız” kimi çox cəlbedici təkliflərə inanmayın;

Domen ünvanında artıq simvollar və səhv yazılmış loqolara diqqət edin;

Link sizə mesajla gəlirsə, onu brauzerdə əl ilə yazaraq yoxlayın;

“Tələsin, yalnız bu gün!” kimi təzyiq ifadələri — klassik fırıldaqçılıq əlamətidir.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Oktyabr 2025

24 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR