İnsanlara hürriyət, millətlərə istiqlal!

Kanada ABŞ-la ticarət danışıqlarını bərpa etməyə hazırdır - Karni

Ottava ABŞ hökuməti hazır olan kimi Vaşinqtonla əvvəllər dayandırılmış ticarət danışıqlarını bərpa etməyə hazırdır.

Musavat.com Bloomberg-ə istinadən xəbər verir ki, bunu Kanadanın Baş naziri Mark Karni deyib: "ABŞ bu müzakirələrə qayıtmağa hazır olan kimi indiyə qədər əldə edilən irəliləyişi davam etdirməyə hazırıq".

Asiya turundan əvvəl jurnalistlərə danışan Karni ABŞ-ın ticarət siyasətinə nəzarət edə bilməyəcəyini bildirib və son illərdə bunun kökündən dəyişdiyini vurğulayıb.

Xatırlada ki, daha əvvəl ABŞ prezidenti Donald Tramp Kanada ilə ticarət danışıqlarının dayandırıldığını elan etmişdi. Bu, Kanadanın ABŞ-ın 40-cı prezidenti Ronald Reyqanın tariflərlə bağlı fikirlərini reklamda istifadə etməsindən narazılığı ilə əlaqədar idi.

 

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR