İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya ordusu Kiyevə ballistik raket zərbələri endirdi – yaralılar və dağıntılar var

 Rusiya ordusu bu gecə Ukraynanın paytaxtı Kiyevə ballistik raketlərlə hücum edib.

Musavat.com xəbər verir ki, yerli hakimiyyət orqanlarının məlumatına görə, zərbələr şəhərin Darnitski, Dneprovski və Desnyanski rayonlarına düşüb. Nəticədə bir neçə yaşayış binası ciddi zədələnib, şəhərin bir hissəsində güclü yanğınlar baş verib.

Yerli teleqram kanalları hücum zamanı istilik-elektrik stansiyasına da zərbə endirildiyini yazır, lakin bu məlumat hələ rəsmi şəkildə təsdiqlənməyib. İlkin məlumata görə, azı doqquz nəfər yaralanıb, onlardan üçü xəstəxanaya yerləşdirilib.

Gecə ərzində Dnepropetrovsk vilayəti də Rusiya ordusunun hədəfində olub. Ukraynanın Fövqəladə Hallar Xidmətinin məlumatına əsasən, Petropavlovsk icması raket və pilotsuz uçuş aparatları ilə vurulub. Hücum nəticəsində azı yeddi nəfər xəsarət alıb, iki nəfər – o cümlədən bir xilasedici – həyatını itirib.

Zərbələr nəticəsində çoxmənzilli və fərdi evlər, təsərrüfat binaları, mağaza və bir neçə avtomobil dağılıb. Ukrayna tərəfi bildirir ki, Rusiya ordusunun son hücumları ölkənin enerji və mülki infrastrukturlarını hədəf alır, bu isə yeni humanitar böhrana yol aça bilər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR