İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada həbsdən buraxılan azərbaycanlı iş adamının oğlu DANIŞDI

Ailəmizin bu çətin dövründə Azərbaycan dövlətinin qayğısını hiss etmişik. Bu, birliyin nümayişidir.

Musavat.com xəbər verir ki, bunu APA-ya açıqlamasında Rusiyada həbsdən buraxılan azərbaycanlı iş adamı, “Alekseyeviski” bazarının sahibi Yusif Xəlilovun oğlu Simur Xəlilov deyib.

“Bu gün bizim üçün çox sevincli gündür. Həm öz adımdan, həm də ailəmizin adından atamın azad olunmasına köməklik göstərən Azərbaycan dövlətinə, bunun üçün əziyyət çəkən hər kəsə dərin təşəkkürümü bildirirəm”, - o deyib.

O həmçinin Rusiya dövlətinə də təşəkkür edib: “Ailəmizin ikinci vətəni Rusiyadır. Mən orada anadan olmuşam. Təhsilimi də orada almışam. Bu günə kimi də orada yaşayırıq. Rusiya dövləti bizim təhsil almağımıza, işləməyimizə şərait yaradıb. Buna görə Rusiya dövlətinə də dərin minnətdarlığımızı bildiririk”.

Qeyd edək ki, bu ilin avqust ayında Rusiyanın Voronej şəhərində tanınmış azərbaycanlı iş adamı, “Alekseyeviski” bazarının sahibi Yusif Xəlilov həbs edilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Oktyabr 2025

25 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR