İnsanlara hürriyət, millətlərə istiqlal!

"Sufi və ya dərviş deyiləm" - Alim Qasımov (VİDEO)

"Demək olar ki, bircə sənətdə azadam. Çünki o azadlıq səhnədə yaranandan sonra onunla qaynayıb-qarışıram. Hiss edirəm ki, ayaqlarım yer də olsa da, ruhum deyil. Bir neçə gün onun təsirində oluram. Elə tamaşaçılar da var ki, deyirlər, bizi ulduzlara, sanki Allahın yanına apardınız. Bunu xarici vətəndaşlar da deyirlər".

Bu sözləri Xalq artisti Alim Qasımov "Hərşeyşünas" yutub layihəsində deyib. O, sufi və ya dərviş olması haqda gəzən söz-söhbətlərə belə son qoyub:

"Bir jurnalist məndən müsahibə alacaqdı. Axşam konsert idi. Onu da dəvət etmişdim. Nəsə içmişdim, səsim getmişdi. Oxuduqca Fərqanəyə (red. - qızı, Əməkdar artist Fərqanə Qasımova) işarə edirdim. Konserti necəsə yola verdim. Ondan müsahibədə soruşdum ki, "hiss etdin səsim getmişdi?". Mənə cavab verdi ki, "mən sizin səsinizi eşitmədim, onu bilirəm ki, səhənəyə gələndə tamaşaçıların üstünə bir aura yayıldı və orada olan artıq nəyisə bilmədim.

Musiqi bəşəridir. Dünyanın harasında olursa-olsun yaşanan hisslər eynidir. Çoxu mənə gəlib deyir ki, sufisən. Deyirəm ki, mən nə sufiyəm, nə də dərviş. Oturan yerdə hərəkətlər edirəm ki, enerji yığıb rahatlayım. Onda səs də rahat gəlir. Düz otura bilmərəm. Sonra soruşurlar ki, sözlər ilahidir? Cavab verirəm ki, yox, adi sözlərdir. Amma onu elə içimdən keçirirəm ki, sanki Allahla danışıram, ibadət edirəm kimi görünür".  (Axşam.az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Oktyabr 2025

25 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR