Onlayn ictimai-siyasi qəzet
Ana Vətən Partiyasının növbədənkənar qurultayı ciddi qalmaqal və fikir ayrılığı ilə yadda qalıb.
Musavat.com xəbər verir ki, qurultaydan yayılan yeni video görüntülər siyasi təşkilatın daxilindəki parçalanmanı açıq şəkildə göstərir.
Görüntülər TNS TV-də, həmçinin Fəzail Ağamalının oğlu Elçin Ağamalı tərəfindən sosial şəbəkələrdə paylaşılıb. Videodan aydın olur ki, qurultay nümayəndələrinin bir hissəsi Elçin Ağamalını partiyanın yeni sədri elan edir və onun seçildiyini təsdiqləyirlər.
Lakin buna rəğmən, Ana Vətən Partiyasının qurucusu və 35 il sədri olmuş Fəzail Ağamalı nəticələri tanımadığını bəyan edir. O, sədrliyinin davam etdiyini və səlahiyyətlərin ona məxsus olduğunu bildirir. Məlumata görə, Fəzail Ağamalı qızının – Günay Ağamalının sədr postuna namizədliyini dəstəkləyib və prosesin düzgün həyata keçirilmədiyini iddia edib.
Beləliklə, partiya daxilində:
• Oğul – özünü qurultayda seçilmiş sədr hesab edir,
• Ata – nəticələri tanımadığını və sədrliyin onda qaldığını bildirir,
• Qız – sədrliyə əsas alternativ namizəd kimi təqdim olunur.
Görüntülərdə qurultay zalında səs-küy, mübahisələr və nümayəndələr arasında ziddiyyət də açıq görünür.
Musavat.com həmin ANBAAN VİDEONU təqdim edir:
Musavat.com
26 Oktyabr 2025
25 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ