Onlayn ictimai-siyasi qəzet
Fransanın məşhur Luvr muzeyinə məxsus qiymətli zinət əşyaları təhlükəsizlik vəziyyəti ilə bağlı müvəqqəti olaraq Bank de Fransın (Fransa Mərkəzi Bankı) anbarına yerləşdirilib.
Musavat.com xəbər verir ki, RTL telekanalının məlumatına görə, bu əşyalar bankın əsas seyfində — yer səthindən 26 metr dərinlikdə yerləşən xüsusi yeraltı saxlanma mərkəzində qorunur. Həmin mərkəzdə həmçinin Fransanın qızıl ehtiyatının təxminən 90 faizi saxlanılır.
Muzey rəhbərliyi bu addımın təhlükəsizlik sistemlərinin yenilənməsi və risklərin qiymətləndirilməsi dövründə müvəqqəti xarakter daşıdığını bildirib.
Musavat.com
25 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ