Onlayn ictimai-siyasi qəzet
Ukrayna Silahlı Qüvvələri “HIMARS” tipli raketlərlə Rusiyanın Belqorod vilayətindəki su anbarına zərbə endirib.
Musavat.com xəbər verir ki, hadisə barədə məlumatı yerli teleqram kanalları yayıb.
Məlumata görə, zərbə nəticəsində texniki avadanlıqlar yerləşən bir neçə bina, həmçinin anbarın bir buraxılış qapısının qaldırma mexanizmi və bəndin üst hissəsi zədələnib.
Buna baxmayaraq, su anbarının bütövlüyü pozulmayıb və yaxınlıqdakı yaşayış məntəqələri üçün daşqın təhlükəsi yoxdur. Hadisə yerində fövqəladə xidmətlər təhlükəsizlik tədbirlərini gücləndirib.
Musavat.com
25 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ