Onlayn ictimai-siyasi qəzet
Qərbin sanksiyalarına baxmayaraq, Rusiya ötən il ixracatını 18% artıraraq 330 milyard dollara çatdırıb.
Musavat.com xəbər verir ki, bu barədə Almaniyanın "Bild" qəzeti Alman İqtisadiyyat İnstitutuna istinadən məlumat yayıb.
Məlumatda bildirilir ki, Çin 2024-cü ildə Rusiya neft, qaz və kömürünün təxminən 130 milyard dollar dəyərində alıcısı olub və ölkə aparıcı ticarət tərəfdaşı olaraq qalır. Müharibədən əvvəl Moskvanın ticarət tərəfdaşları arasında yalnız 12-ci yerdə olan Hindistan isə aktiv şəkildə Rusiya neftini idxal edir.
İsrail, Türkiyə, Misir, Braziliya və Ermənistan da Rusiya ilə ticarətlərini artırıblar.
Avropada isə Rusiyadan idxal kəskin azalsa da, tamamilə dayanmayıb. Almaniya 2024-cü ildə 9,5 milyard dollar dəyərində Rusiya malları alıb, Fransa və Niderland hər biri təxminən 6 milyard dollar, Macarıstan isə idxalı 31% artıraraq Kremllə sıx iqtisadi əlaqələrini qoruyub saxlayıb.
"Bild" yazır ki, ümumilikdə Avropa İttifaqı Rusiyanın üçüncü ən böyük ticarət tərəfdaşı olaraq qalır və ümumi dövriyyə təxminən 67,5 milyard avrodur.
Musavat.com
26 Oktyabr 2025
25 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ