Onlayn ictimai-siyasi qəzet
Moldova prezidenti Mayya Sandu ölkənin yeni baş naziri postuna iqtisadçı Aleksandr Muntianunun namizədliyini irəli sürüb.
Musavat.com xəbər verir ki, Muntianu uzun illər Ukraynada yaşayıb — o, təxminən 20 il bu ölkədə fəaliyyət göstərib və iqtisadi idarəetmə sahəsində təcrübə toplayıb.
Prezident Sandu imzaladığı fərmanda Muntianuya uğurlar arzulayıb və yeni hökumətin əsas prioritetlərini açıqlayıb: “Bu hökumət sülhü qorumaq, Moldovanın Aİ-yə üzvlüyünə hazırlığını sürətləndirmək, iqtisadiyyatı möhkəmləndirmək və vətəndaşların həyat səviyyəsini yüksəltmək kimi ən vacib gözləntiləri yerinə yetirməlidir”.
Hakim “Fəaliyyət və Həmrəylik Partiyası”nın (PAS) lideri İqor Qrosu isə bildirib ki, Muntianunun rəhbərlik edəcəyi hökumətin tərkibi artıq müəyyənləşib və “oradakı adlar cəmiyyət üçün maraqlı olacaq”.
Aleksandr Muntianunun baş nazir kimi təyin edilməsi indi parlamentin təsdiqindən asılıdır.
Musavat.com
25 Oktyabr 2025
24 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ