İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniyada mobil bomba sığınacaqları satışa çıxarılacaq

Almaniyada tam modulunun qiyməti təxminən 150 min avro olan mobil bomba sığınacaqlarının satışa çıxarılması planlaşdırılır.

Bu barədə "Report" "Bild"ə istinadən məlumat verir.

Məlumata görə, modul 16 kvadratmetr sahəsi və 2,8 metr hündürlüyü, 20 santimetr qalınlığında divarları olan qaraja bənzər bir məkan kimi dizayn edilib. O, tualet, duş, kiçik mətbəx, dörd qatlanan çarpayı və təbiət mənzərəsinin göründüyü pəncərəni təqlid edən böyük ekranla təchiz olunub.

Həmçinin qeyd olunur ki, bunkerin prototipi "BSSD Defence" və "Veloform" şirkətləri tərəfindən yaradılıb.

"BSSD Defence"in məlumatına görə, bunkerdə təxminən bir həftə çölə çıxmadan yaşamaq olar. O, dron zərbələrinə və xüsusi mühafizə ilə hətta 107 mm-lik raketlərə də tab gətirə bilir. Şirkət iddia edib ki, bunker yerin altına basdırıldıqda episentri 20 km-dən yaxın məsafədə olmayan nüvə partlayışının təsirlərindən də qoruya bilər.

Bir tam modulun istehsalı təxminən 70 gün çəkir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Oktyabr 2025

24 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR