Onlayn ictimai-siyasi qəzet
Çin alimləri okean ekosistemlərini tədqiq etmək üçün meduza formasında şəffaf robot yaradıblar.
Musavat.com xəbər verir ki, yeni texnoloji qurğunun diametri cəmi 120 millimetr, çəkisi isə 56 qramdır. Robotun hərəkəti süni hidravlik əzələlər vasitəsilə təmin olunur və bu sayədə o, real meduzaların suda hərəkətini təbii şəkildə təqlid edə bilir.
Yüngül və çevik konstruksiyası sayəsində “meduza-robot” sualtı canlılara və bitki örtüyünə zərər vermədən hərəkət edə bilir. Qurğu həmçinin süni intellekt və kamera sistemi ilə təchiz olunub ki, bu da ona dəniz florası və faunasını öyrənmək, sualtı mühitdə ekoloji müşahidələr aparmaq imkanı verir.
Tədqiqatçılar bildirirlər ki, bu tip robotlar gələcəkdə okean dibindəki ekosistemləri daha təhlükəsiz və dəqiq şəkildə izləmək üçün mühüm alətə çevriləcək.
Musavat.com
25 Oktyabr 2025
24 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ