İnsanlara hürriyət, millətlərə istiqlal!

Naməlum şəxs Pentaqona 130 milyon dollar bağışlayıb

ABŞ Müdafiə Nazirliyinə işçilərin əmək haqqını ödəməsi üçün naməlum şəxs tərəfindən 130 milyon dollarlıq ianə daxil olub.

Musavat.com xəbər verir ki, məlumatı müdafiə naziri Pit Heqsetin ictimai işlər üzrə köməkçisi Şon Parnell açıqlayıb. Onun sözlərinə görə,  "23 oktyabr 2025-ci ildə Müdafiə Nazirliyi 130 milyon dollarlıq anonim ianə alıb". Parnell ianənin "hərbi qulluqçuların əmək haqqı və müavinətlərinin xərclərini ödəmək üçün istifadə olunacağı" məqsədi ilə edildiyini bildirib.

Bloomberg-in hesablamalarına görə, bu məbləğ 1,3 milyon aktiv xidmətdə olan hərbçi üçün nəzərdə tutulan xərclərin yalnız kiçik bir hissəsini ödəməyə yetər. Ötən ay Pentaqon əmək haqqına təxminən 9,8 milyard dollar xərcləyib.

Qeyd edək ki, Senatda büdcə layihəsi qəbul olunmadığına görə ABŞ hökumətinin fəaliyyəti oktyabrın 1-dən məhdudlaşdırılıb.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Oktyabr 2025

24 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR