Onlayn ictimai-siyasi qəzet
Ermənistan ordusu sovet dövrünə aid hərbi formadan tamamilə imtina etməyə hazırlaşır.
Musavat.com xəbər verir ki, bunu ölkənin müdafiə naziri Suren Papikyan açıqlayıb. Onun sözlərinə görə, yaxın günlərdə ABŞ-dan NATO standartlarına uyğun hazırlanmış yeni hərbi geyimlərin ilk partiyası Ermənistana çatdırılacaq.
“Biz çox sevdiyimiz sovet tipli formadan imtina edirik. Yeni formalar Qərb standartlarına əsaslanır, lakin üzərində milli simvollar yer alacaq”, – deyə Papikyan bildirib.
Nazir həmçinin gündəlik və parad formasının dizaynı üzərində işlərin artıq yekunlaşmaq üzrə olduğunu qeyd edib.
Musavat.com
25 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ