Onlayn ictimai-siyasi qəzet
Tiflisdə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili ilə Avropa İttifaqının səfiri Pavel Herçinski arasında növbəti siyasi gərginlik yaşanıb.
Musavat.com xəbər verir ki, Aİ səfiri Gürcüstanın son aylarda qəbul etdiyi qanunların Avropa İttifaqının əsas prinsiplərinə zidd olduğunu və bu qərarların ölkənin Aİ-yə inteqrasiyasını ləngitdiyini bildirib.
Papuaşvili isə buna kəskin reaksiya verib və sosial şəbəkədə yazıb:
“Gürcüstan parlamentinin qəbul etdiyi qanunlar yalnız bir şeyə — hazırkı Brüssel bürokratiyasının radikalizm və təbliğatı gizlicə maliyyələşdirmək istəyinə ziddir. Bunun Avropa İttifaqının prinsipləri ilə heç bir əlaqəsi yoxdur”.
Qeyd edək ki, Tiflisdəki bu qarşıdurma Gürcüstan-Aİ münasibətlərində son dövrlər müşahidə olunan soyuqluğun daha da dərinləşdiyini göstərir.
Musavat.com
25 Oktyabr 2025
24 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ