İnsanlara hürriyət, millətlərə istiqlal!

Rus ordusu Kostiantınovkada irəlilədi – Ukrayna qüvvələri mühasirə təhlükəsi ilə üz-üzə

Beynəlxalq Telegram kanallarının məlumatına görə, Rusiya ordusunun bölmələri artıq Donetsk vilayətində yerləşən Kostiantınovka şəhərində irəliləyib və Ukrayna Silahlı Qüvvələrinin nəzarətində qalan son iki əsas yolu — Pokrovsk və Mirnohrad istiqamətlərini — Rodinskoye yaxınlığında kəsiblər.

Musavat.com xəbər verir ki, bu addım nəticəsində Mirnohrad və Pokrovskda yerləşən Ukrayna qruplaşmaları tam mühasirə təhlükəsi ilə qarşılaşıb. Məlumatlara əsasən, hazırda bu ərazilərdən çıxış son dərəcə çətindir — geri çəkilməyə cəhd edən hər on ukraynalı əsgərdən yalnız bir-üçü mövqelərini tərk edə bilir.

Hərbi mənbələrin bildirdiyinə görə, Pokrovsk istiqaməti Ukrayna ordusunun ən çox qüvvə topladığı bölgələrdən biridir. Buna görə də ekspertlər yaxın günlərdə və ya həftələrdə bu cəbhə xəttində Ukrayna üçün çoxsaylı itkilərin baş verə biləcəyini istisna etmirlər.

Hazırda bölgədə ağır döyüşlərin davam etdiyi və Rusiyanın məqsədinin Pokrovsk-Mirnohrad əlaqəsini tam nəzarətə götürmək olduğu bildirilir. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR