İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniyada “ən çox miqrantlı” peşələr açıqlandı

Almaniya Federal Statistika İdarəsinin yeni hesabatına görə, ölkədə bir sıra peşələrdə miqrant işçilərin payı yerli vətəndaşlardan daha yüksəkdir.

Musavat.com xəbər verir ki, statistik göstəricilər 2024-cü ildə keçirilmiş əhalinin mikrosorğusunun nəticələri əsasında hazırlanıb. Məlumatlara görə, Almaniya əmək bazarında bəzi sahələr tamamilə miqrantların hesabına fəaliyyət göstərir.

Belə ki, qaynaqçılar arasında miqrant mənşəli mütəxəssislərin payı 60 faiz təşkil edir. İctimai iaşə və qida sənayesində bu rəqəm 54 faiz, tikinti sektorunda (xüsusilə quraşdırma və iskele işlərində) 48 faiz, ictimai nəqliyyatda 47 faiz, ət emalında 46 faiz, restoran və kafe xidmətlərində isə 45 faizdir.

Bundan başqa, plastik və rezin istehsalı sahəsində miqrantların payı 44 faiz, otel sektorunda 40 faiz, yük avtomobili sürücüləri arasında 39 faiz, metal emalında 37 faiz, yaşlılara qulluq sahəsində isə 33 faiz olub.

Əksinə, dövlət strukturlarında miqrantların iştirakı çox aşağı səviyyədədir. Belə ki, polis sıralarında miqrantların payı cəmi 7 faiz, təcili yardım xidmətlərində 8 faiz, dövlət idarələrində, sığorta şirkətlərində, ibtidai məktəb müəllimləri və hüquqşünaslar arasında 9 faiz, vergi xidməti üzrə isə 10 faizdir.

DW-nin məlumatına görə, bir çox qaçqınlar və sığınacaq axtaran şəxslər bu statistikanın əhatə dairəsinə daxil edilməyib. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Oktyabr 2025

24 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR