İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Qustavo Petroya sanksiya tətbiq etdi - Münasibətlər son həddə  

ABŞ administrasiyası Kolumbiya prezidentinə qarşı sanksiyalar tətbiq edib.

Musavat.com xəbər verir ki, məlumat ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi tərəfindən nazirliyin saytında yerləşdirilib. Bloomberg-in məlumatına görə, Kolumbiya prezidenti Qustavo Petro və daxili işlər naziri Armando Benedetti də daxil olmaqla, dörd nəfər idarə tərəfindən "Xüsusi Təyin Edilmiş Vətəndaşlar Siyahısına" əlavə edilib.

Qeyd edək ki, Donald Tramp Kolumbiyanı ABŞ-a narkotik ixracında əsas ölkələrdən biri elan edib. O, dəfələrlə Kolumbiya rəhbərliyini bu ixracın qarşısını almağa çağırıb, sərt tənqid edib. Dünən Kolumbiya prezidenti bildirib ki, ölkəsindən olan narkotacirlər ABŞ-da Trampın ətrafındadırlar.

Ağ Evin bugünkü qərarının iki ölkə arasında münasibətləri daha da gərginləşdirəcəyi gözlənilir.

 

Musavat.com

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Oktyabr 2025

24 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR