İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakı Dövlət Sirki iki ildən sonra yenidən səhnədə - Avropanın ən iri şapito sirki paytaxtda!

Bakı Dövlət Sirki iki ildən sonra ilk dəfə böyük tamaşa ilə tamaşaçılarının qarşısına çıxıb.

Musavat.com xəbər verir ki, oktyabrın 24-də Su İdman Sarayının yanında Avropanın ən iri şapito sirki tamaşaçılara təqdim olunub.

Bakı Dövlət Sirkinin direktor əvəzi Nahid Ağayev bununla bağlı Musavat.com-a açıqlama verib:

“Bu gün Bakı sakinləri üçün çox maraqlı bir gündür. 2024-cü ilin yanvarında Bakı Dövlət Sirkinin əsas binasında aparılan əsaslı təmir səbəbindən tamaşaların göstərilməsi dayandırılmışdı. Bu müddət ərzində Mədəniyyət Nazirliyinin dəstəyi ilə Avropadan, Macarıstandan böyük bir şapito sirki Azərbaycana gətirdik. Bu, beynəlxalq sirk proqramıdır.

Proqramın əsas özəyini Avropadan gələn artistlər təşkil edir. Onların arasında Macarıstan, Belarus, Argentina, Afrika, eləcə də Gürcüstan və Qazaxıstandan olan sirk ustaları var. Onlar müxtəlif janrlar üzrə müxtəlif illərdə keçirilmiş beynəlxalq sirk festivallarının qalibi olmuş, yüksək səviyyəli peşəkar artistlərdir.

Bizim məqsədimiz keyfiyyətli tamaşalarla tamaşaçılarımızı sevindirmək və onlara unudulmaz anlar bəxş etməkdir. Tamaşalar noyabrın sonuna qədər davam edəcək”.

Sirk proqramının aparıcısı Elcan Rəsulov da Musavat.com-a danışıb. Aparıcı-aktyor ilk dəfə sirk tamaşasəna aparəcələq etdiyini və bpyük həyəcan yaşadığını deyib:

"İlk dəfə sirk səhnəsində aparıcılıq edirəm. Avropanın ən böyük şapito sirki Bakıda qurulub və 7 ölkənin məşhur akrobatları, ulduz artistləri bu səhnədə çıxış edirlər.

Çox təəssüf edirəm ki, indiyədək belə tamaşalara baxmamışam. Bu proqram uşaqlar üçün daha fərqli, daha gözəl və əyləncəli olacaq. Həm böyüklər, həm də uşaqlar üçün həyəcan dolu bir proqram hazırlanıb".

Proqram boyunca tamaşaçılara nəfəs kəsən akrobatik nömrələr, heyrətamiz illüziya şouları və hər yaş qrupu üçün nəzərdə tutulmuş əyləncəli səhnələr təqdim olunub.

 

Xalidə Gəray
Foto və video müəllifindir
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Oktyabr 2025

24 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR