Onlayn ictimai-siyasi qəzet
Rusiyalı ekstremal Nikolay Tsibulko Dağıstan dağlarında Hollivud tarixinin ən məşhur trüklərindən birini təkrarlayıb.
Musavat.com xəbər verir ki, o, “Mission: Impossible 8” filmində Tom Kruzun icra etdiyi səhnədən ilhamlanaraq motosikletlə qayalıqdan dərin uçuruma atılıb.
Trük xüsusi təhlükəsizlik avadanlıqları və paraşütlə icra olunub. Görüntülər sosial şəbəkələrdə sürətlə yayılaraq izləyicilər tərəfindən “rus Tom Kruz” şərhləri ilə qarşılanıb.
Hadisə Dağıstanın dağlıq ərazisində baş verib və hazırda Tsibulkonun bu cəsarətli addımı sosial mediada viral mövzuya çevrilib.
Musavat.com
25 Oktyabr 2025
24 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ