İnsanlara hürriyət, millətlərə istiqlal!

Anar Əsədli məhkəmə zalında HƏBS EDİLDİ

Azərbaycan Yüksəliş Partiyasının (red.-ləğv edilib) sədri Anar Əsədli həbs edilib.

Musavat.com “Qafqazinfo”ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsi belə qərar çıxarıb.

Zərərçəkmiş şəxs A.Əsədli barəsində seçilmiş başqa yerə getməmək haqda qətimkan tədbirinin həbslə əvəz edilməsini istəyib.

Məhkəmə vəsatəti əsaslı sayaraq təmin edib. Anar Əsədli elə zalda həbs edilərək istintaq təcridxanasına göndərilib.

Məlumatı onun vəkili Hikmət Əliyev təsdiq edib.

Qeyd edək ki, Anar Əsədli barəsində 3 il əvvəl külli miqdarda dələduzluq maddəsilə başlanmış cinayət işi bu yaxınlarda Baş Prokurorluq tərəfindən yenilənib. İş baxılması üçün məhkəməyə göndərilmişdi.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Oktyabr 2025

24 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR