İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Çinə qarşı kiberhücumları dayandırmalıdır - Pekin

ABŞ Milli Təhlükəsizlik Agentliyi (NSA) Çinin kritik infrastrukturuna qarşı kiberhücumları dayandırmalıdır.

Musavat.com xəbər verir ki, bu tələblə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Quo Ciakun çıxış edib: “Çin ABŞ hökumətinin ölkəmizin kritik infrastrukturuna qarşı kiberhücumlarını qətiyyətlə pisləyir ki, bu da gələcək genişmiqyaslı dağıdıcı əməliyyatlara hazırlıq təşkil edir”.

Quo Ciakun bildirib ki, ABŞ “dünyanın ən böyük kiberhücum mənbəyidir”.

Bundan əlavə, diplomatın sözlərinə görə, vaxtaşırı Pekini müxtəlif haker hücumlarında iştirak etməkdə sübut olmadan ittiham edən Vaşinqtonun bu cür hərəkətləri "son dərəcə məsuliyyətsizdir": "Çin ABŞ-ın ölkəmizin vacib infrastrukturuna kiberhücumları dərhal dayandırmasında israr edir. Çin bütün lazımi tədbirləri görəcək və biz kiberməkanda və şəbəkə təhlükəsizliyində suverenliyimizi qətiyyətlə qoruyacağıq".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Oktyabr 2025

24 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR