İnsanlara hürriyət, millətlərə istiqlal!

"Mənim Ramiz haqqında deyiləcək sözüm yoxdur" - Kürəkənindən ŞOK AÇIQLAMA

Haqqında 4 aylıq ev dustaqlığı qətimkan tədbiri seçilmiş Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin ev dustaqlığını necə keçirməsi ilə bağlı ona zəng etsək də, telefonlara cavab verməyib.

Musavat.com xəbər verir ki, Manset.az məsələ ilə bağlı Ramiz Mehdiyevin kürəkəni, sabiq deputat İlham Əliyevlə əlaqə saxlayıb.

Ramiz Mehdiyevlə bağlı "Onun vəziyyəti necədir" sualına İlham Əliyev belə cavab verib:

"Mənim Ramiz haqqında deyiləcək heç bir sözüm yoxdur".

Qeyd edək ki, Ramiz Mehdiyev dövlətə xəyanət, hakimiyyəti zorla ələ keçirməyə yönələn hərəkətlər və çirkli pulların yuyulması kimi ağır cinayətlərdə ittiham olunur.

Manset.az xəbər portalı bu ittihamlarla bağlı Ramiz Mehdiyevlə əlaqə saxlamış, o isə jurnalistin suallarını eşitdikdən sonra telefonu söndürmüşdü.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR