Onlayn ictimai-siyasi qəzet
Almaniya hökuməti Ukraynanın enerji sisteminə dəstək məqsədilə 60 milyon avro maliyyə vəsaiti ayıracaq.
Musavat.com bu barədə məlumatı Ukraynanın baş naziri Yuliya Sviridenko sosial şəbəkədə paylaşıb. Onun sözlərinə görə, bu vəsait generatorların, enerji avadanlıqlarının və mobil istilik-elektrik stansiyalarının daha sürətli çatdırılmasına imkan verəcək.
“Bu qərara görə Almaniyanın energetika naziri Katerina Rayxə təşəkkürümü bildirirəm,” – deyə Sviridenko qeyd edib.
Baş nazir əlavə edib ki, tərəflər enerji sahəsində birgə işçi qrupun yaradılması və sənaye əməkdaşlığının genişləndirilməsi barədə razılığa gəliblər.
“Ukrayna Almaniyaya Danimarka, Niderland, Fransa və İsveçrədə tətbiq olunan model üzrə investorları dəstəkləmək üçün hökumətlərarası saziş imzalamağı təklif edib,” – deyə Sviridenko vurğulayıb.
Ekspertlərə görə, bu qərar Ukraynanın enerji infrastrukturunun qış mövsümünə hazırlığı və enerji sabitliyinin qorunması baxımından mühüm addım hesab olunur.
Musavat.com
24 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ