Onlayn ictimai-siyasi qəzet
BMT Təhlükəsizlik Şurasının islahatına uzun müddətdir ehtiyac var, lakin yaxın gələcəkdə bunun baş verəcəyi inandırıcı görünmür.
Musavat.com xəbər verir ki, bu fikri BMT Baş Assambleyasının 80-ci sessiyasının sədri, Almaniyanın sabiq xarici işlər naziri Annalena Berbok “Politico” qəzetinə müsahibəsində bildirib.
Berbokun sözlərinə görə, bu istiqamətdə “addım-addım” irəliləmək lazımdır. Bunun üçün “daha çox şəffaflıq” və “veto qərarlarının səbəblərinin izah edilməsi” prosedurları işə düşməlidir.
Annalena Berbok qeyd edib ki, BMT-yə artan maliyyə təzyiqi şəraitində təşkilatın fəaliyyətinin əsas istiqamətlərini dəqiq müəyyənləşdirmək vacibdir. Bu istiqamətlər arasında Berbok BMT-də qərarların qarşısını alan maneələrin aradan qaldırılmasını, təşkilatın daha səmərəli işləməsini vacib sayır. Onun fikrincə, bunun üçün bənzər qurumların birləşdirilməsi, yerli səviyyədə çalışan əməkdaşların sayının artırılması və süni intellekt texnologiyalarından istifadə kimi addımlar atıla bilər.
ABŞ-ın BMT-dəki roluna toxunan Berbok vurğulayıb ki, prezident Donald Trampın “ABŞ hər şeydən öncə” siyasətinə baxmayaraq, Vaşinqtondan çoxtərəfli əməkdaşlığa güclü dəstək gəlməkdə davam edir.
Onun sözlərinə görə, BMT “mübahisəli məsələlərin həll edilməsi və ortaq qərarların formalaşdırılması üçün vacib bir platformadır” və BMT Nizamnaməsini şübhə altına almaq olmaz.
Musavat.com
25 Oktyabr 2025
24 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ