İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-da ukraynalı qızı öldürən amerikalı edam ediləcək

ABŞ-da ukraynalı qaçqın İrina Zarutskayanı qətlə yetirməkdə ittiham olunan şəxs ölüm hökmü ilə üz-üzədir.

Musavat.com ArbatMedia saytına istinadla xəbər verir ki, məhkəmə cinayətin qəsdən törədildiyini müəyyən edib.

34 yaşlı DeKarlos Braun müharibə zamanı Ukraynadan qaçan 23 yaşlı İrina Zarutskayanın qətli ilə bağlı məhkəmə qarşısına çıxarılacaq. NBC News-un məlumatına görə, münsiflər heyəti onun Şarlott dairəsində ictimai nəqliyyat qatarına hücum zamanı qadını "qəsdən öldürdüyünü" müəyyən edib.

Faciə 22 avqustda baş verib. Braun İrinaya bıçaqla hücum edərək onu üç dəfə bıçaqlayıb. Qız hadisə yerində ölüb. Cinayətkar hücumdan dərhal sonra həbs edilib. O, əvvəllər silahlı soyğunçuluq və oğurluqda məhkum edilib.

İrina yeni həyata başlamaq üçün ABŞ-a gəlibmiş. O, ingilis dilini öyrənib, qocalar evində və pizzaxanada işləyib. Qurbanın ailəsi bildirib ki, onlar maksimum cəza tələb edirlər və prokurora tələb etdiyi edam cəzası üçün minnətdardırlar.

Faciədən sonra Şimali Karolina qubernatoru girov müqabilində azadlığa buraxılmazdan əvvəl şübhəlilərin hərtərəfli yoxlanılmasını tələb edən "İrina qanunu"nu imzalanıb.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Oktyabr 2025

24 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR