İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya geri addım atır: erməni TIR sürücülərinin etirazları təsir göstərdi - FOTO

Avrasiya İqtisadi Komissiyasında AİİÖ ölkələrindən olan yük maşını sürücülərinin Rusiyada qalma müddəti ilə bağlı problem müzakirə olunub.

Musavat.com xəbər verir ki, məsələ xüsusilə Ermənistan tərəfi üçün kəskin hal almışdı.

Məlumata görə, Rusiya tərəfi bu problemi “aktual və həll olunmalı” məsələ kimi qəbul etdiyini açıqlayıb.

Bildirilir ki, artıq qanunvericilikdə dəyişiklik layihəsi hazırlanır və yük maşını sürücülərinin Rusiyada qalma müddətinin 90 gündən 180 günə qədər artırılması nəzərdə tutulur.

İclasda onlayn formatda Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan, həmçinin miqrasiya məsələlərinə cavabdeh olan daxili işlər nazirinin müavini Armen Kazaryan iştirak edib.

Xatırladaq ki, bir müddət əvvəl erməni TIR sürücüləri:

• Ermənistan hökuməti qarşısında etiraz aksiyaları keçirmiş,
• daha sonra isə Gürcüstana gedən magistral yolları bağlayaraq problemin təcili həllini tələb etmişdilər.

Bundan sonra Ermənistan iqtisadiyyat naziri bildirib ki, Moskva qalma müddətinin artırılmasına razıdır, yalnız texniki-hüquqi mexanizmlər üzərində iş gedir.

Müşahidəçilər qeyd edirlər ki, bu proses Moskvanın regionda siyasi və iqtisadi gərginlikləri minimuma endirməyə çalışdığı bir mərhələdə baş verir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Oktyabr 2025

24 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR