İnsanlara hürriyət, millətlərə istiqlal!

Lukoyl-un SOCAR almaq istədiyi zavodu ilə bağlı yenilik: Satışa xüsusi razılıq tələb olunacaq

Bolqarıstan ölkənin ən böyük neft emalı zavodunu idarə edən Lukoil şirkətinin aktivlərinin satışı üçün zəmin hazırlayır.

Musavat.com xəbər verir ki, məlumatı Reuters agentliyi yayıb. Bildirilir ki, Bolqarıstan parlamenti bu gün, 24 oktyabrda qanunvericiliyə satış üçün hökumətdən və kəşfiyyat xidmətindən razılıq tələb edən düzəlişi qəbul edib.

Bolqarıstanın energetika naziri Jeço Stankov bildirib ki, ölkə Lukoil şirkətinə qarşı sanksiyalar tətbiq edildikdən sonra neft və neft məhsullarının tədarükünü təmin etmək üçün tədbirlər hazırlayır. Rusiya şirkəti ölkənin ən böyük neft emalı zavodunu idarə edir: "Bu, maraqlı tərəflər, o cümlədən avropalı tərəfdaşlarımızla birlikdə mövcud vəziyyət üçün birgə Avropa fəaliyyət planı hazırlamaq imkanı əldə edəcəyimiz son dərəcə vacib bir vəziyyətdir".

Bolqarıstan hökuməti hazırda neft emalı zavodunun fəaliyyətini təmin etmək üçün Amerika qurumları ilə əlaqə saxlayır. Stankov əlavə edib ki, ölkənin planına yanacaq ehtiyatlarının monitorinqi də daxil olacaq: "Bolqarıstan vətəndaşları əmin olmalıdırlar ki, yanacaq mövcuddur. Onun tədarükü ilin sonuna qədər təmin edilib".

Bolqarıstanın ədliyyə naziri ölkənin neft emalı zavodlarında tutum, işçi qüvvəsi və digər təhlükəsizlik tədbirlərini təmin etmək üçün əlavə tədbirlər gördüyünü açıqladı.

Qeyd edək ki, Lukoyl Bolqarıstandakı emal zavodunu satışa çıxarmışdı. Onun alıcıları arasında ən çox şansı olanlardan biri də SOCAR-la Türkiyənin Çengiz Holdinqinin alyansı hesab olunurdu.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Oktyabr 2025

24 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR