İnsanlara hürriyət, millətlərə istiqlal!

Ağazaryan: “Paşinyan bu xəstəliyin bir hissəsidir”

Ermənistanın hakim “Vətəndaş müqaviləsi” fraksiyasının keçmiş deputatı Ovik Ağazaryan hesab edir ki, baş nazir Nikol Paşinyan Ermənistan Apostol Kilsəsi ilə bağlı istədiyinə nail ola bilməyəcək.

Musavat.com xəbər verir ki, bu barədə o, jurnalistlərə açıqlamasında bildirib.

“Biz də bilirik, ruhanilər də bilirlər ki, müəyyən çatışmazlıqlar var. Baş nazir bunları 5 il əvvəl də bilirdi. Bəs niyə o zaman heç bir addım atılmadı? Çünki buna ehtiyac yox idi, indi isə bu ehtiyac yaranıb”, - deyə Ovik Ağazaryan qeyd edib.

Ağazaryanın iddiasına görə, ən yaxşı halda Paşinyan yalnız kilsənin parçalanmasına, diasporanın yenidən bölünməsinə nail ola bilər. 

O əlavə edib ki, Ermənistan cəmiyyəti xəstədir, bu xəstəliyin bir hissəsi isə Paşinyanın özüdür:

“Bəlkə də bu sindromlar ona daha az təsir edir, çünki o, güclü şəxsiyyətdir”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Oktyabr 2025

24 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR