Onlayn ictimai-siyasi qəzet
Ermənistanda illərdir xalqın beynini yeyən, nifrət və düşmənçilik toxumları səpən kilsə telekanalı “Şogakat” bağlanır.
Musavat.com-un məlumatına görə, bu kanal Erməni Apostol Kilsəsinin (EAK) nəzarəti altında fəaliyyət göstərirdi və cəmiyyətə düşmənçilik ruhu aşılayan, Azərbaycana qarşı nifrət və təxribat ideologiyasının əsas təbliğat ocaqlarından biri sayılırdı.
Parlamentin qəbul etdiyi qanun dəyişikliyi ilə ictimai yayım statusuna malik kanalların sayı azaldılır. Qanunun müəllifləri hakim fraksiyanın deputatlarıdır. Onların təşəbbüsü ilə “Şogakat” da yayımını dayandırır.
Bu kilsə əsrlərdir yalnız dini mərkəz deyil, həm də erməni xalqını zəhərləyən ideoloji aparat kimi fəaliyyət göstərib. Telekanal yaranmazdan əvvəl də EAK xalqın şüuruna nifrət, düşmənçilik və keçmişin saxta miflərini yeridirdi.
İndi isə Paşinyan hökuməti bu zəhərləyici təsiri kəsmək, erməni cəmiyyətini nifrətdən azad etmək yolunda addımlar atır. Kilsənin uzun illər xalqın beynini zəhərləyən təbliğatı aradan qaldırılır, Ermənistan tədricən nifrət ideologiyasından qurtulmaq mərhələsinə qədəm qoyur.
Musavat.com
25 Oktyabr 2025
24 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ