İnsanlara hürriyət, millətlərə istiqlal!

Prezidentin yüksək vəzifəyə təyin etdiyi Sərdar Səfərov KİMDİR... - DOSYE

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Sərdar Süleyman oğlu Səfərov Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi təyin edilib.

Musavat.com Sərdar Səfərovun dosyesini təqdim edir:

Sərdar Səfərov 1973-cü ildə Sumqayıtda anadan olub. Dövlət Bədən Tərbiyəsi İnstitutunu, Türkiyə Jandarma Zabitlər Məktəbini və Daxili İşlər Nazirliyinin Polis Akademiyasını bitirib.

1996-2005-ci illərdə Daxili Qoşunların xüsusi təyinatlı dəstəsinin komandiri və xüsusi təyinatlı taborunun qərargah rəisi vəzifələrində çalışıb.

2019-2022-ci illərdə Bakı Şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini və idarə rəisi vəzifələrində çalışıb. Daha sonra rəis müavini təyin edilib.

2023-cü ilin yanvar ayından Daxili İşlər Nazirliyinin İctimai Təhlükəsizlik Baş İdarəsinin rəisi vəzifəsinə təyin edilib.

2023-cü ilin oktyabrında Sərdar Səfərov Xankəndi şəhərinin komendantı təyin edilib. “Hərbi xidmətlərə görə”, “İgidliyə görə”, “Vətən uğrunda” medalları ilə təltif edilib. 

S.Səfərov 2025-ci il oktyabrın 24-də Prezidentin sərəncamı ilə general-mayor rütbəsinə layiq görülüb.

Mətbuat sabiq rəis İlqar Abbasovun işdən çıxarılmasının səbəbini də açıqlayıb.

“Unikal” yazır ki, İlqar Abbasovun işdən çıxarılmasına səbəb onun bəzən qeyri-etik ifadələr işlətdiyi əməkdaşlarla son dərəcə kobud rəftar etməsi olub.

İlqar Abbasovun millət vəkili Səttar Möhbalıyevin oğlu İsfəndiyar Möhbalıyevlə və oktyabrın 15-də işdən çıxarılan birinci müavini İsmayıl Hüseynovla da problemləri olub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Oktyabr 2025

24 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR