İnsanlara hürriyət, millətlərə istiqlal!

Putindən Əliyevə QƏFİL ZƏNG: Liderlər nələri danışdılar – Detallar CANLI-da

Rusiya Prezidenti Vladimir Putin oktyabrın 24-də Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.

Musavat.com xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Azərbaycan və Rusiya prezidentləri Düşənbədə MDB Dövlət Başçıları Şurasının iclası çərçivəsində oktyabrın 9-da keçirdikləri görüşün davamı olaraq ikitərəfli gündəliyin bir sıra aktual məsələlərini müzakirə ediblər.

Dövlət başçıları iqtisadi-ticari əlaqələrin daha da inkişaf etdirilməsinə, həmçinin enerji və nəqliyyat-logistika sahələrində birgə layihələrin həyata keçirilməsinə qarşılıqlı maraqlarını təsdiqləyiblər.

Telefon söhbəti zamanı regional əməkdaşlığın bəzi aspektlərinə və beynəlxalq vəziyyətə toxunulub. Müxtəlif səviyyələrdə təmasların davam etdirilməsi barədə razılıq əldə olunub.

“Rusiya və ABŞ arasında sammiti Türkiyədə keçirməyə hazırıq”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. “Sülh vizyonunda Türkiyənin və ya İstanbulun əhəmiyyəti bir daha ortaya çıxdı. Biz istənilən vaxt Ukrayna ilə bağlı danışıqlar təşkil etməyə hazırıq. Budapeştdəki görüşün baş tutmaması təəssüf doğurur. İnanırıq ki, istənilən dialoq bu müharibənin bitməsinə kömək edəcək. Lap əvvəldən bunun üçün çalışmışıq və ədalətli sülhün mümkünlüyünü bəyan etmişik. Hər iki tərəflə yaxşı münasibətlərimiz var və hər iki tərəfin etimadını qazanmış bir ölkəyik. Bu bizə sülh yolunda üstünlük verir və bu vəziyyətdən bəşəriyyətin rifahı naminə istifadə etmək əzmindəyik”, - o bildirib.

TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu gündəmi professor Qabil Hüseynli ilə müzakirə edir.

https://www.facebook.com/tvmusavat

https://www.youtube.com/@musavattv

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR