İnsanlara hürriyət, millətlərə istiqlal!

Terrorçu daşnakların Paşinyan qorxusu: Üçüncü Respublikadan imtina edir

Ermənistanda hakimiyyət və cəmiyyət arasında dərin qarşıdurma yenidən alovlanıb.

Musavat.com
xəbər verir ki, parlamentdə müxbirlərlə söhbətində deputat Ovik Aqazaryan bildirib ki, baş nazir Nikol Paşinyan faktiki olaraq Üçüncü Respublikadan imtina edərək “Dördüncü Respublika” adlandırdığı yeni siyasi sistemi qurmaq niyyətindədir. Onun sözlərinə görə, Paşinyan bu prosesdə kilsə və diasporu da öz nəzarətinə almağa çalışır.

Aqazaryan vurğulayıb ki, hökumətin “daşnaklara qarşı aqressiv siyasəti”nin məqsədi, diasporu Ermənistan reallığından “qoparmaq”dır. Deputat həmçinin bildirib ki, Paşinyan illər əvvəl bildiyi problemləri indi gündəmə gətirir, çünki o vaxt bu, “məqsədəuyğun sayılmırdı”, indi isə zəruri hesab olunur.

Lakin Aqazaryanın bəhs etdiyi “daşnaklar” sadəcə siyasi müxalifət deyil — onlar tarixi terrorçu kökləri ilə tanınan, 20-ci əsrin əvvəllərində Azərbaycan xalqına qarşı dəhşətli cinayətlər törətmiş təşkilatın ideoloji varisləridir.

Tarixi faktlar göstərir ki, Daşnaksütyun partiyasının silahlı dəstələri 1918-ci ildə Bakıda, Qubada, Şamaxıda və Azərbaycanın digər bölgələrində minlərlə günahsız azərbaycanlının qətlində iştirak edib. Quba soyqırımı, Bakı və Şamaxı faciələri zamanı qadınlar, uşaqlar və qocalar amansızcasına qətlə yetirilib, kəndlər yandırılıb, məscidlər dağıdılıb.

Bu hadisələr təkcə Azərbaycan tarixində deyil, ümumilikdə bəşəriyyətin yaddaşında erməni daşnak terrorunun qanlı səhifələri kimi qalıb.

İndi isə həmin ideologiyanın davamçıları, Paşinyanın Ermənistanı terror və revanşizm ideologiyasından uzaqlaşdırmaq cəhdinə qarşı çıxır, onu daxili düşmən kimi hədəf alırlar. Bu, əslində Paşinyanın siyasi xəttinin – Ermənistanı “normal, terrorla deyil, hüquqla idarə olunan dövlətə” çevirmək istəyinin qarşısında duran əsas maneələrdən biridir.

Beləcə, terrorçu daşnakların Paşinyan qorxusu – təkcə siyasi deyil, ideoloji və tarixi bir qarşıdurmadır: biri keçmişin qaranlıq səhifələrinə dönmək istəyir, digəri isə ondan qurtulmaq.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR