İnsanlara hürriyət, millətlərə istiqlal!

Qaribaşvilinin ölkədən çıxışına QADAĞA QOYULDU

Gürcüstanın sabiq baş naziri İrakli Qaribaşvili bir milyon lari (təxminən 367,6 min dollar) məbləğində girov qarşılığında azadlığa buraxılıb.

Musavat.com xəbər verir ki, bu barədə qərarı Tiflis Şəhər Məhkəməsi qəbul edib.

Məhkəmə girov müqabilində azadlıq üçün 30 günlük müddət müəyyənləşdirib.

Baş Prokurorluğun təqdimatı əsasında Qaribaşvilinin pasportu müsadirə olunub və istintaq başa çatana qədər onun ölkədən çıxışı qadağan edilib.

Keçmiş baş nazir məhkəmə iclasında şəxsən iştirak edib. Onun vəkili Amiran Qiquaşvili bildirib ki, müvəkkili irəli sürülən ittihamlarla razıdır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR