Onlayn ictimai-siyasi qəzet
23 oktyabr 2025-ci il tarixində Bursa şəhərində Ticarət Şəbəkələrinin İnkişafı İctimai Birliyi (TŞİİB) ilə Türkiye Perakendeciler Federasyonu (TPF) arasında əməkdaşlıq niyyətini əks etdirən protokol imzalanıb.
Musavat.com xəbər verir ki, sənədin məqsədi, iki ölkə arasında pərakəndə ticarət sahəsində təcrübə və bilik mübadiləsini təşviq etmək, standartların və dayanıqlılıq prinsiplərinin inkişafına dəstək verməkdir.
Protokol çərçivəsində tərəflər, pərakəndə və ərzaq təhlükəsizliyi standartları, rəqəmsal transformasiya, istehlakçı hüquqlarının qorunması və ixtisaslı işçi qüvvəsinin hazırlanması kimi sahələrdə əməkdaşlıq imkanlarını araşdıracaq.
Protokol, iki ölkə arasında iqtisadi əməkdaşlığın dərinləşməsinə və pərakəndə ticarətin modernləşməsinə töhfə verməyi hədəfləyir.
24 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ