Onlayn ictimai-siyasi qəzet
“Jerusalem Post” nəşri yazır ki, Türkiyə ordusu Qəzzada yaradılması planlaşdırılan Beynəlxalq Sabitlik Qüvvələrinə (MSŞ) daxil edilməyəcək.
Musavat.com xəbər verir ki, bu barədə qəzetə həm İsrail, həm də ABŞ rəsmiləri məlumat verib.
Məlumata görə, qərar İsrailin vetosu və Vaşinqtonun bu mövqeni dəstəkləməsi nəticəsində qəbul edilib. Rəsmi Tel-Əviv Türkiyə hərbçilərinin Qəzzada iştirakı ilə bağlı “etimad problemləri” və “siyasi risklər” səbəbindən narazılığını bildirib.
Qəzet qeyd edir ki, ABŞ administrasiyası İsrailin bu mövqeyini anlayışla qarşılayıb və Türkiyənin yerinə bir sıra Avropa və ərəb ölkələrinin hərbçilərinin MSŞ tərkibinə daxil edilməsini nəzərdən keçirir.
Beləliklə, Qəzzada təhlükəsizliyin təmin edilməsi üçün yaradılacaq beynəlxalq qüvvələrin tərkibində Türkiyənin iştirakı rəsmi şəkildə istisna olunub.
Musavat.com
24 Oktyabr 2025
23 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ