İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya hərbi təyyarələri Litvanın hava məkanını pozdu

Rusiya Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr bu axşam Litvanın hava məkanını pozub.

Musavat.com xəbər verir ki, hadisə barədə məlumatı Litva prezidenti Gitanas Nauseda açıqlayıb.

Dövlət başçısının sözlərinə görə, bu, beynəlxalq hüququn və ölkənin ərazi bütövlüyünün kobud şəkildə pozulması deməkdir: “Baş verənlər bir daha Avropanın hava hücumundan müdafiə sisteminin gücləndirilməsinin vacibliyini göstərir”.

Nauseda bildirib ki, Litvanın Xarici İşlər Nazirliyi Rusiya səfirliyinin nümayəndələrini bu məsuliyyətsiz və təhlükəli davranışa qarşı rəsmi etiraz bildirmək üçün çağıracaq.

Prezident əlavə edib ki, ölkə hökuməti NATO tərəfdaşları ilə birgə hadisəni diqqətlə araşdırır və regionda təhlükəsizlik tədbirlərinin artırılması istiqamətində addımlar atacaq. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Oktyabr 2025

23 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR