İnsanlara hürriyət, millətlərə istiqlal!

Tiflisdə 330-cu gün anti-hökumət etirazı: Polis prospektin bağlanmasına imkan vermədi – VİDEO

Gürcüstanın paytaxtı Tiflisdə hökumət əleyhinə aksiyalar davam edir.

Musavat.com xəbər verir ki, bu gün Rustaveli prospektində keçirilən etiraz aksiyası 330-cu gününə qədəm qoyub.

Etirazçılar parlament binasının qarşısında toplaşaraq “Sonadək, sonadək!” şüarları səsləndiriblər. Onlar hökumətdən islahatlar və Avropa İttifaqına inteqrasiya kursunun bərpasını tələb ediblər.

Polis iştirakçıların prospekti bağlamağa cəhdinin qarşısını alıb. Rəsmi məlumatlara görə, heç kim saxlanılmayıb, lakin parlament binası qarşısında gücləndirilmiş polis qüvvələri yerləşdirilib.

Etirazlar ötən ildən bəri Gürcüstanda hakimiyyətin siyasətinə etiraz olaraq fasiləsiz şəkildə davam edir. Aksiya iştirakçıları yaxın günlərdə daha genişmiqyaslı yürüşlər planlaşdırdıqlarını bildiriblər. 

 

Musavat.com

@@TVmusavat/131006@@

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Oktyabr 2025

23 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR