Onlayn ictimai-siyasi qəzet
OPEC ölkələri ABŞ-ın Rusiyaya qarşı sanksiyaları fonunda neftə tələbatın artacağını gözləyir.
Musavat.com xəbər verir ki, bunu Küveytin neft naziri Tarek əl-Rumi Körfəz Nazirlərinin Ətraf Mühit Məsələləri üzrə 27-ci toplantısında deyib.
Tədbirdə neft hasilatının həcmi müzakirə olunub.
Küveyt naziri bildirib ki, tələbin artması şəraitində təşkilat əvvəlki, daha yüksək neft hasilat səviyyəsinə qayıtmağa hazırdır.
Tarek əl-Rumi bildirib ki, ABŞ-ın Rusiyaya qarşı sanksiyaları fonunda Fars körfəzi və Yaxın Şərq neftinə tələbat artacaq. O, həmçinin neftin qiymətinin qalxacağını gözləyir.
Bunun fonunda OPEK ölkələri neft hasilatını daha yüksək səviyyəyə qaytarmağa hazır olduqlarını bildiriblər.
Musavat.com
24 Oktyabr 2025
23 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ