İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna Kəşfiyyatı Stavropoldakı partlayışın məsuliyyətini öz üzərinə götürdü

Ukraynanın Baş Kəşfiyyat İdarəsi (HUR) 22 oktyabrda Stavropol şəhərində baş verən partlayışın Ukrayna xüsusi xidmətlərinin əməliyyatı olduğunu açıqlayıb.

Musavat.com xəbər verir ki, hadisə Rusiya Silahlı Qüvvələrinin Hava-desant qoşunlarına tabe olan 247-ci Qafqaz kazak alayının yerləşdiyi hərbi hissə №54801-in girişinə yaxın ərazidə baş verib.

İdarənin məlumatına əsasən, partlayış nəticəsində azı üç rus hərbçisi həyatını itirib. Ukrayna tərəfi bu əməliyyatı Rusiyanın hərbi infrastrukturuna qarşı cavab zərbəsi kimi təqdim edir.

Kəşfiyyatın bəyanatında əlavə olunub ki, hədəf alınan bölmənin şəxsi heyəti 2014-cü ildən bəri Ukraynada döyüş əməliyyatlarında fəal iştirak edib.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR