Onlayn ictimai-siyasi qəzet
Livan mənbələrinin məlumatına görə, İsrail ordusu (ÇAХAL) bu gün səhər saatlarında ölkənin cənubundakı Arapsalim kəndində yerləşən mühəndis texnikasının toplandığı əraziyə hava zərbəsi endirib.
Musavat.com xəbər verir ki, hücum nəticəsində bir neçə ağır texnika – ekskavator və buldozerlər – məhv edilib. İsrail tərəfi açıqlamasında iddia edib ki, həmin texnika “Hizbullah”ın mövqelərini bərpa və gizlətmə işlərində istifadə olunurdu.
Lakin Livan tərəfi bu iddianı rədd edərək, zərbənin sivil infrastrukturun hədəfə alınması kimi qiymətləndirildiyini bildirib. Məlumata görə, hadisə nəticəsində insan tələfatı barədə dəqiq məlumat yoxdur, lakin əraziyə ciddi maddi ziyan dəyib.
Musavat.com
24 Oktyabr 2025
23 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ