Onlayn ictimai-siyasi qəzet
“30 ildən sonra ilk dəfə Qazaxıstan buğdası Azərbaycanın ərazisi vasitəsilə Ermənistana idxal ediləcək. Bunun nəyi pisdir?”
Musavat.com xəbər verir ki, bu sual Ermənistanın hakim “Vətəndaş müqaviləsi” fraksiyasının üzvü Babken Tunyan tərəfindən yerli müxalifətə ünvanlanıb.
“Mən dünəndən bəri yazılan şərhləri oxuyuram və açığı, bu barədə bir paylaşım da etmişəm. Amma yenidən deməliyəm ki, təəccüblənirəm, çünki elə reaksiya verirlər ki, guya pis bir hadisə baş verib. Dünən xanım Vardanyanın (Kristine Vardanyan - red.) Petros Kazaryanla müsahibəsinə baxdım, o, bu məsələdə müsbət cəhət görmür.
İndi isə sual vermək istəyirəm, xüsusən də sizin fraksiyada beynəlxalq iqtisadi əlaqələr sahəsində dövlət vəzifəsində çalışmış şəxslər var: cənab Minasyan, cənab Xaçatryan, cənab Avetisyan, cənab Rustamyan, cənab Gevorkyan. Zəhmət olmasa ayağa qalxın və açıq şəkildə, dolaşıqsız deyin - baş verən bu hadisə Ermənistan üçün müsbət hadisədir, yoxsa yox?”, - deyə Tunyan parlamentdə bildirib.
Musavat.com
23 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ