Onlayn ictimai-siyasi qəzet
Ukrayna ordusu hazırda 150-dən 3000 kilometrədək məsafədə yerləşən hədəfləri öz istehsalı olan uzaqmənzilli silahlarla vura bilir.
Musavat.com xəbər verir ki, bunu prezident Volodimi Zelenski Avropa Şurasının iclasında çıxışı zamanı deyib.
Dövlət başçısı eyni zamanda ABŞ-dan alınan uzaqmənzilli silahların heç vaxt Rusiya ərazisindəki obyektlərə qarşı istifadə edilmədiyini vurğulayıb.
Zelenskinin sözlərinə görə, Rusiya ordusu bir gün əvvəl uşaq bağçasına hücum edib:
“Dünən Rusiya uşaq bağçasına hücum etdi. “Dünyanın ikinci ordusu” ukraynalı uşaqlara qarşı döyüşür”.
O, həmçinin, Ukraynanın yaxın gələcəkdə “Tomaqavk” raketlərinə sahib ola biləcəyinə işarə edib:
“Hər gün nəsə dəyişir, bəlkə sabah bizdə “Tomaqavk”lar olacaq”.
Zelenski Çin və Si Cinpin barədə də danışıb:
“Si Cinpin mənə dedi ki, Rusiyaya silah satmayacaq. Amma mən bir şeyi dəqiq bilirəm, Çin Rusiyaya kömək edir. Çin Ukraynaya yardım etmir. Çin nə bizim qələbəmizdə, nə də Rusiyanın məğlubiyyətində maraqlıdır”.
Ukrayna lideri həmçinin bildirib ki, Donald Tramp və Vladimir Putin arasında planlaşdırılan görüşün baş tutmamasına məhz o səbəb olub:
“Rusiya enerji sektoruna qarşı sanksiyalar tətbiq edilib. Ukraynanın iştirakı olmadan Macarıstanda heç bir görüş olmayacaq. “Tomaqavk”lar hələ yoxdur, amma nəticə budur. Məncə, pis deyil”.
@@TVmusavat/130994@@
Musavat.com
26 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ